Şri-Lanka həbsxanasında iğtişaşlar - 25 ölü, 100 yaralı

Dünya xəbərləri Materials 6 İyul 2026 15:50 (UTC +04:00)
Şri-Lanka həbsxanasında iğtişaşlar - 25 ölü, 100 yaralı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Şri Lankanın Neqombo şəhərində yerləşən cəzaçəkmə müəssisəsində baş verən qanlı iğtişaşlarda azı 25 nəfər həyatını itirib.

Bu barədə "Independent" nəşri yerli hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məhbus qruplaşmaları arasında kütləvi dava bazar günü başlayıb. Toqquşmalarda ölənlərdən savayı, azı 100 nəfər yaralanıb.

Qarşıdurmanın mühakimə olunmuş məhbuslarla, müvəqqəti təcrid edilmiş müttəhimlər arasında düşdüyü bildirilsə də, mübahisənin konkret hansı səbəbdən meydana gəlməsi hələlik məlum deyil.

İğtişaşın yatırılmasına çevik polis qüvvələri ilə yanaşı hərbçilər də cəlb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti