Fransada meşə yanğınları - 10 minə yaxın insan təxliyə olunacaq

Dünya xəbərləri Materials 6 İyul 2026 19:15 (UTC +04:00)
Fransada meşə yanğınları - 10 minə yaxın insan təxliyə olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın cənubunda baş verən iri meşə yanğını 4,6 min hektardan çox əraziyə yayılıb.

Bu barədə AFP agentliyi Şərqi Pireneylər departamentinin prefekti Pyer Renyo de la Mota istinadən məlumat yayıb.

Pyer Renyo de la Mot bildirib ki, səfərbər olunmuş yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

Güclü külək, quru hava və kəskin isti kimi əlverişsiz hava şəraiti fonunda təxminən 700 yanğınsöndürən alovla mübarizə aparır.

Hakimiyyət orqanları Şərqi Pireneylər departamentinin 26 kommunasının sakinlərinin təxliyəsinə başlayıb. Təxliyə tədbirləri təxminən 10 min nəfəri əhatə edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti