Bakı. Trend:
Fransanın şərqində yerləşən Vingen-sur-Moder kommunasındakı Lalique muzeyində oğurluq hadisəsi baş verib.
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, muzeydən təxminən 20 zərgərlik məmulatı oğurlanıb. İlkin hesablamalara əsasən, zərərin məbləği 4 milyon avroya yaxındır.
Oğurluq zamanı təhlükəsizlik siqnalizasiyası işə düşsə də, hadisəni törədən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Hadisə ilə bağlı araşdırma aparılır.
Lalique muzeyi 2011-ci ildə məşhur fransız rəssamı və zərgəri Rene Laliqin irsinə həsr olunaraq açılıb. Muzeyin kolleksiyasında 650-dən çox eksponat nümayiş etdirilir.