İsrailin dünyada ABŞ-dan başqa dostları da var - Netanyahu

Dünya xəbərləri Materials 5 İyul 2026 22:58 (UTC +04:00)
İsrailin dünyada ABŞ-dan başqa dostları da var - Netanyahu

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İsrailin ən böyük dostudur, lakin İsrailin ABŞ-dən başqa da dünyada çoxlu dostu var.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin vitse-prezidenti Cey Di Vensin tənqidinə cavab olaraq deyib. Vens İsraili xatırlamağa çağırmışdı ki, Birləşmiş Ştatlar onun dünyada qalan "yeganə güclü müttəfiqidir".

"Mən Cey Di Vensə hörmət edirəm və aramızda çox yaxşı münasibətlər var, amma bu, onun dediklərinin hamısı ilə razı olduğum anlamına gəlmir. Onu da qeyd etməliyəm ki, Donald Tramp Ağ Evdə indiyə qədər gördüyüm ən böyük dostumdur. Bizim başqa dostlarımız da var, məsələn, 1,4 milyard əhalisi olan Hindistan adlı kiçik bir ölkə və orada böyük dəstəyimiz var", - deyə o bildirib.

İsrail baş nazirinin sözlərinə görə, bir çox dövlət başçısı ona zəng edərək hörmətlərini ifadə edir və əməkdaşlıq təklif edirlər. "Beləliklə, münasibətlər göründüyündən tamamilə fərqlidir və bizim çoxlu dostumuz var", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti