Ukraynada SOCAR yanacaqdoldurma kompleksinə dron hücumu edilib

Gündəm Materials 6 İyul 2026 01:28 (UTC +04:00)

Bakı. Trend:

Ukraynada SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları (PUA) zərbə endirib.

Bu barədə SOCAR Energy Ukraine şirkətinin açıqlamasında bildirilib.

Məlumata görə, üç "Şahed" tipli hücum dronları SOCAR-ın Nikolayev vilayətinin Neçayane kəndindəki obyektinə zərbə endirib. Hücum nəticəsində yanacaqdoldurma kompleksinə ziyan dəyib.

Şirkətdən bildirilib ki, hava hücumu zamanı işçilər sığınacaqda olduqları üçün heç bir itki qeydə alınmayıb.

SOCAR həmçinin qeyd edib ki, şəbəkə Ukraynadakı bir sıra yanacaqdoldurma məntəqələrində təcili yardım sığınacaqları quraşdırıb. Şirkətin məlumatına görə, bu sığınacaqlar Odessa, Nikolayev, Jitomir, Lvov, Rovno, Çerkassı və Dnepropetrovsk vilayətlərində yerləşir və SOCAR mobil tətbiqində qeyd olunub.

Xəbər lenti

Xəbər lenti