Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır

Dünya xəbərləri Materials 6 İyul 2026 02:40 (UTC +04:00)
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Bu barədə “Reuters” agentliyi yüksəkvəzifəli ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Trampın Putinlə danışığı Zelenski ilə görüşdən sonra baş tuta bilər.

Bundan əvvəl CNN Ağ Evə istinadla ABŞ Prezidentinin NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəyini bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti