Bakı.Trend:
Rusiyanın Baş naziri Mixail Mişustin beynəlxalq "İnnoprom" sənaye sərgisi çərçivəsində Yekaterinburq şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüş keçirib.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin müavini Aleksey Overçuk, Kənd Təsərrüfatı Sahəsində Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert, “Rosatomun” baş direktoru Aleksey Lixaçov, Rusiya Dəmir Yolları (RJD) şirkətinin rəhbəri Oleq Belozyorov və başqa rəsmilər yer alıblar.
Bundan əvvəl Mişustin və Paşinyan sərginin plenar iclasında iştirak ediblər. Sessiyanın mövzusu "Sənaye 360" olub.
Qeyd edək ki, Paşinyan iyulun 6-da işgüzar səfərlə Yekaterinburq şəhərinə gəlib. Bu, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Ermənistan baş nazirinin Rusiyaya ilk səfəridir.
