Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərilib (YENİLƏNİB)

İqtisadiyyat Xəbər 6 İyul 2026 16:39 (UTC +04:00)
Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərilib (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, 30 vaqondan ibarət, çəkisi 1026 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

13:37

xxx

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, 30 vaqondan ibarət, çəkisi 1026 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti