Kamçatka sahillərində bir həftə ərzində 13 zəlzələ baş verib

Hadisə Materials 6 İyul 2026 06:27 (UTC +04:00)
Kamçatka sahillərində bir həftə ərzində 13 zəlzələ baş verib

Bakı. Trend:

Ötən həftə Kamçatka sahillərində 13 zəlzələ qeydə alınıb.

Bu barədə Rusiyanın Kamçatka diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, iyunun 29-dan iyulun 5-dək qeydə alınan 13 seysmik hadisə yaşayış məntəqələrində hiss olunmayıb.

FHN-in məlumatına əsasən, son sutka ərzində Kamçatka sahillərində daha bir zəlzələ baş verib. Bu yeraltı təkan da yaşayış məntəqələrində hiss olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti