Şirvanda 34 min manatlıq naqil oğurlayan şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 6 İyul 2026 14:54 (UTC +04:00)
Şirvanda 34 min manatlıq naqil oğurlayan şəxslər saxlanılıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar.

Bu şəxslər obyektdən 34000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti