Azərbaycan öz enerji resurslarını inkişaf mənbəyinə çevirib - Nazir müavini

Energetika Materials 6 İyul 2026 11:35 (UTC +04:00)
Azərbaycan öz enerji resurslarını inkişaf mənbəyinə çevirib - Nazir müavini
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan öz enerji resurslarını ölkənin inkişaf mənbəyinə çevirməyi bacarıb.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School) açılış mərasimində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Bakı Yay Enerji Məktəbi müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirir və təsadüfi deyil ki, qeyri-rəsmi olaraq "Energetikanın BMT-si" adlandırılır.

"Neft sənayesinin inkişafı Bakıya dövrün ən yaxşı mühəndislərini, memarlarını və alimlərini cəlb etdi. Bunun nəticəsində şəhər dünyanın ən dinamik inkişaf edən mərkəzlərindən birinə çevrildi. Artıq 1918-ci ildə Azərbaycan müsəlman dünyasında ilk demokratik respublika olmuşdu. 1941-ci ildə Azərbaycan nasistlərə qarşı mübarizənin aparıldığı Şərq cəbhəsinin neft tələbatının 80 faizdən çoxunu təmin edirdi. 1990-cı illərdə isə Azərbaycan yenidən strateji seçim edərək neft-qaz ehtiyatlarını ölkənin inkişafının, regional əməkdaşlığın və beynəlxalq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi amilinə çevirdi", – deyə o qeyd edib.

E.Soltanov bildirib ki, həmin qərarlar sonradan dövlətçiliyin möhkəmləndirilməsində və Azərbaycanın ərazilərinin işğaldan azad edilməsində mühüm rol oynayıb.

Sonda o, Bakı Yay Enerji Məktəbinin iştirakçılarının Azərbaycanı və onun enerji tarixini daha yaxından tanıyacaqlarına əminliyini ifadə edib.

"İnanıram ki, məktəbi bitirdikdən sonra siz daha bilikli , daha xoşbəxt olacaqsız və Azərbaycanın bu odunu və nurunu özünüzlə apararaq başqaları ilə bölüşəcəksiniz", – deyə nazir müavini əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti