Etnik mənsubiyyətə görə ayrıseçkilik yolverilməzdir - Seyfəddin Hüseynli

Siyasət Materials 6 İyul 2026 10:26 (UTC +04:00)
Etnik mənsubiyyətə görə ayrıseçkilik yolverilməzdir - Seyfəddin Hüseynli
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa.Trend:

Etnik və dini mənsubiyyətə görə ayrıseçkilik rədd edilməlidir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans zamanı Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli (Səfərov) deyib.

"2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində üç qardaşım və bir neçə yaxın qohumum Rusiya hüquq-mühafizə orqanlarının əsassız hücumuna məruz qaldı. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları qəfil onların evlərinə basqın etdilər. Ailə üzvlərinin, o cümlədən qadın və uşaqların gözü qarşısında onlar dözülməz işgəncələrə və amansız rəftara məruz qaldılar. Qardaşlarım – Hüseyn Səfərov və Ziyəddin Səfərov işgəncələr nəticəsində həlak oldular. Digər qardaşım Bəkir Səfərov, eləcə də Ayaz, Akif, Kamal Səfərov və digər şəxslər hazırda da Yekaterinburqda həbsdə saxlanılırlar. Onlara qarşı nümayiş xarakterli məhkəmə prosesləri təşkil olunub və nəticədə 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzaları ilə bağlı əsassız hökmlər çıxarılıb", – deyə Seyfəddin Hüseynli bildirib.

O vurğulayıb ki, mədəni və etnik müxtəliflik, tolerantlıq hər bir dövlət üçün sərvət hesab edilməli, etnik və dini mənsubiyyətə görə ayrıseçkilik isə qəti şəkildə rədd olunmalıdır.

Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.

Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti