Ərdoğan NATO-nun Baş katibi ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 6 İyul 2026 21:05 (UTC +04:00)
Ərdoğan NATO-nun Baş katibi ilə görüşüb (YENİLƏNİB) (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Sammitində iştirak etmək üçün Ankarada səfərdə olan NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının "X" səhifəsində məlumat paylaşılıb.

"Görüşdə Ankarada keçiriləcək NATO Liderlər Sammitinin gündəliyi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub", - deyə məlumatda qeyd edilib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Türkiyədə təşkil olunacaq NATO Liderlər Sammitinin uğurla keçəcəyinə ümid etdiyini bildirib və ölkənin sammitə hazırlıq işlərini tamamladığını vurğulayıb.

Prezident qeyd edib ki, Ankara Sammitində kollektiv müdafiədən tutmuş müttəfiqlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə qədər bir çox məsələnin müzakirəsi mühüm əhəmiyyət daşıyır.

Ərdoğan, həmçinin sammit çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumunun da diqqətlə izlənəcəyini bildirib.

20:17

xxx

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, görüş Prezident iqamətgahında baş tutub və mətbuata qapalı keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti