Bakı.Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində ABŞ yığmasının hücumçusu Folarin Baloqunun Belçika ilə oyun ərəfəsində qırmızı vərəqəsinin ləğv edilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyasının (FIFA) qərarına reaksiya verib.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib. UEFA bu qərarı tənqid edərək bildirib ki, bu, oyunun bütövlüyünü təhlükə altına qoyur. Qeyd olunub ki, hazırkı dünya çempionatında artıq bir neçə futbolçu analoji cəza alıb və Baloqun üçün presedent yaradılması turnirin bütün iştirakçılarına bərabər münasibət prinsipini pozur.
Avropalı futbol rəsmiləri xəbərdarlıq ediblər ki, qaydaların qeyri-şəffaf tətbiqi "yarışlara olan etimadı sarsıdır və ümumilikdə futbolun nüfuzuna zərər vura bilər". Onlar bu qərarı misli görünməmiş, anlaşılmaz və əsassız adlandırıblar.
Bundan əvvəl məlum olmuşdu ki, Belçika Kral Futbol Assosiasiyası FIFA-nın Baloqunun diskvalifikasiyasının dayandırılması barədə qərarından şikayət verə bilər. Assosiasiyada FIFA-nın bu qərarı təəccüblə qarşılanıb.
