Ötən ay ADY ilə daşınan yükün həcmi açıqlanıb

İqtisadiyyat Materials 7 İyul 2026 09:30 (UTC +04:00)
Ötən ay ADY ilə daşınan yükün həcmi açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin iyun ayında 1 milyon 636 min 336 ton yük daşıyıb.

ADY-nin "Facebook" sosial şəbəkə səhifəsindəki paylaşıma görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

Məlumata əsasən, hesabat dövründə tranzit daşımaları 707 041 ton olub ki, bu da keçənilki göstəricidən 38 % çoxdur.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67 % (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48 % (47 240 ton) artım qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti