Ukraynalı oliqarxa sui-qəsd hazırlamaqda şübhəli bilinən qadının meyiti aşkarlanıb

Dünya xəbərləri Materials 7 İyul 2026 13:56 (UTC +04:00)
Ukraynalı oliqarxa sui-qəsd hazırlamaqda şübhəli bilinən qadının meyiti aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İyulun 6-da Kiyev yaxınlığında, ukraynalı iş adamı Vadim Yermolayevə qarşı sui-qəsdə cəhddə şübhəli bilinən qadının meyiti tapılıb.

Bu barədə “Ukraynskaya Pravda” nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Mənbələrin sözlərinə görə, qadının meyiti iyulun 6-da saat 23:00 radələrində aşkarlanıb. Onun güllələnərək öldürüldüyü bildirilir. Şübhəli şəxs 2025-ci il martın 22-dən 2026-cı il iyulun 1-dək Ukrayna hüdudlarından kənarda olub.

Məlumata görə, cinayət işi üzrə artıq iki nəfər saxlanılıb. Onlardan biri Ukrayna Baş Kəşfiyyat İdarəsinin fəaliyyətdə olan zabiti, digəri isə hüquq-mühafizə orqanlarının sabiq əməkdaşıdır.

Vadim Yermolayevə qarşı sui-qəsd cəhdi iyunun 29-da Monakoda baş verib. Yaşayış binasında baş vermiş partlayış nəticəsində Yermolayev yaralanıb. Onu müşayiət edən qadın ağır xəsarətlər alaraq hər iki ayağını itirib. İş adamının yeniyetmə oğlu da xəsarət alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti