Bu gün bağçalara elektron qəbul başlayır

Cəmiyyət Materials 7 İyul 2026 09:15 (UTC +04:00)
Bu gün bağçalara elektron qəbul başlayır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatına görə, 7 iyul saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılır.

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.

Növbələrin aktivləşmə vaxtı:

  • 2021 və 2022-ci il təvəllüdlü uşaqlar – saat 11:00
  • 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar – saat 15:00

Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi "myGov"platforması üzərindən həyata keçiriləcək. Valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə "myGov" kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti