Azərbaycan Mayamidə keçiriləcək G20 sammitinə dəvət edilib

Siyasət Materials 7 İyul 2026 11:54 (UTC +04:00)
Azərbaycan Mayamidə keçiriləcək G20 sammitinə dəvət edilib
Elvin Əhmədov
Elvin Əhmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2026-cı il dekabrın 14–15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 sammitinə dəvət olunan ölkələr sırasında yer alıb.

Bu barədə G20 üzrə ABŞ sədrliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, sammitə dəvət edilmiş ölkələr sırasında Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri də var.

Qeyd edək ki, G20 sammiti dünyanın aparıcı iqtisadiyyatlarının və dəvət olunmuş tərəfdaş ölkələrin iştirakı ilə qlobal iqtisadi gündəmin, beynəlxalq əməkdaşlığın və strateji çağırışların müzakirə edildiyi əsas platformalardan biri hesab olunur.

Xatırladaq ki, 2025-ci ildə G20 sammiti Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti