Roberto Martines istefa verib

İdman Materials 7 İyul 2026 02:59 (UTC +04:00)
Roberto Martines istefa verib

Bakı. Trend:

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines vəzifəsindən istefa verib.

Mütəxəssis bu barədə dünya çempionatının 1/8 final mərhələsində İspaniya yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı çalışdırıcı bu matçın Portuqaliya millisinin sükanı arxasında son oyunu olduğunu bildirib.

Qeyd edək ki, Portuqaliya yığması Roberto Martinesin rəhbərliyi altında 32 qələbə, 6 heç-heçə və 7 məğlubiyyətlə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti