Bakı. Trend:
Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulu sabah başa çatır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 19-u saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Namizədlər 8 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor
linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
"Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və
sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran
namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ
qazanacaqlar", - məlumatda bildirilib.
Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.
