Bakı.Trend:
7-15 iyul tarixlərində Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyası keçirilir.
Sessiyanın işində əyani və onlayn formatlarda Kamran İmanovın başçılığı altında Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sessiya çərçivəsində ÜƏMT-yə üzv dövlətlər təşkilatın fəaliyyəti ilə bağlı əsas məsələləri, o cümlədən büdcəni, beynəlxalq əqli mülkiyyət sisteminin inkişafını, ixtisaslaşmış komitələrin fəaliyyətini, həmçinin əqli mülkiyyət obyektlərinin qeydiyyatı və qorunması sahəsində qlobal xidmətlərin təkmilləşdirilməsini müzakirə edəcəklər. Bundan əlavə, iştirakçılar innovasiyaların və yaradıcılıq sektorunun dəstəklənməsi, kadr və təşkilati məsələləri də nəzərdən keçirəcəklər.
ÜƏMT innovasiya və yaradıcılığın inkişafı vasitəsilə daha dayanıqlı gələcəyin təmin olunmasına yönəlmiş balanslı və səmərəli qlobal əqli mülkiyyət ekosisteminin formalaşdırılmasında aparıcı rol oynayır.
Hazırda 194 ÜƏMT-yə üzvdür.
