Bakı. Trend:
NATO sammiti ilə əlaqədar Ankaranın "Esenboğa" Beynəlxalq Hava Limanında mülki aviareyslərə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 7-də saat 10:00-dan 18:00-dək "Esenboğa" Beynəlxalq Hava Limanına enməsi və oradan qalxması nəzərdə tutulan bütün mülki reyslər NATO sammiti səbəbindən ləğv olunub.
Qeyd edilib ki, göstərilən vaxt ərzində hava limanında mülki aviareyslərin qəbulu və yola salınması həyata keçirilməyəcək.
Məlumata görə, oxşar məhdudiyyətlərin iyulun 8-də saat 14:00-dan
21:00-dək də qüvvədə olacağı gözlənilir.