Bakı. Trend:
"Fənərbağça"dan ayrılan Cenk Tosunun yeni klubu məlum olub.
Azad agent statusunda olan 35 yaşlı hücumçu "Fatih Karagümrük"lə anlaşıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Təcrübəli forvard yaxın günlərdə I Liqada mübarizə aparan İstanbul klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Cenk Tosun 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Kasımpaşa"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.