Hərbi xidmətdən yayındırmaq üçün rüşvət almaqda ittiham olunan vəzifəli şəxs məhkəməyə verildi

Cəmiyyət Materials 7 İyul 2026 10:39 (UTC +04:00)
Hərbi xidmətdən yayındırmaq üçün rüşvət almaqda ittiham olunan vəzifəli şəxs məhkəməyə verildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Niyam Etibar oğlu Mədətsoylu barəsində cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ibtidai istintaq zamanı Niyam Mədətsoylunun 2022–2026-cı illərdə həmin vəzifədə işləyərkən sağlamlıq vəziyyətinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri, əlavə olaraq isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti