Mərdəkanda daha bir nəfər batıb

Hadisə Materials 7 İyul 2026 12:16 (UTC +04:00)
Mərdəkanda daha bir nəfər batıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dünən axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə ötən gün eyni ailə üzvləri olduğunu bilinən 4 nəfər də Mərdəkanda dənizdə batıb. Onlardan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti