Bakı.Trend:
Rusiyanın Ural Nəqliyyat Maşınqayırması Konstruktor Bürosunun baş konstruktoru Vladimir Domnin 81 yaşında vəfat edib.
Bu barədə Uralvaqonzavodun (Rusiyanın "Rostex" dövlət korporasiyasının tərkibinə daxildir) Mətbuat xidməti məlumat yayıb.
Vladimir Domnin əmək fəaliyyətinə 1967-ci ildə Uralvaqonzavodda hərbi nümayəndə vəzifəsində başlayıb və T-72 tankının qoşun sınaqlarında, eləcə də onun seriyalı istehsalata tətbiqində fəal iştirak edib.
Onun rəhbərliyi altında T-90A, T-72BA və BMPT döyüş maşınlarının yaradılması üzrə işlər başa çatdırılıb. Həmçinin T-72B3, T-90MS, T-72 tankı bazasında modernləşdirilmiş nümunələr, BMR-3MA və BREM-1M modelləri hazırlanıb, vahid ağır tırtıllı platformanın yaradılması istiqamətində işlərə başlanılıb.
