Çində supertayfun - 11 ölü, 330-dan çox yaralı

Dünya xəbərləri Materials 7 İyul 2026 10:19 (UTC +04:00)
Çində supertayfun - 11 ölü, 330-dan çox yaralı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çinin Hubey əyalətində leysanla müşahidə olunan supertayfun nəticəsində azı 11 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, bazar ertəsi saat 19:00-dan 23:00-dək Huanqşi, Huanqan, Ecou və Syannin şəhərlərində ildırım və güclü külək müşahidə olunub.

İki qəsəbədə küləyin sürəti 13-cü dərəcəyə çatıb. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, bəzi ərazilərdə tornado da qeydə alınıb.

Bildirilib ki, ekstremal hava şəraiti nəticəsində 22 bina tamamilə dağılıb, daha 4 855 bina zədələnib, 331 nəfər isə xəsarət alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti