Bakı.Trend:
2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 887 min 129-a çatıb.
Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilib.
Aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 faiz artaraq 61.368 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 faiz artıb və 242.208 olub.
Məlumata görə, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları da artım nümayiş etdirib.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında qurumun xətti ilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnozdan 217,7 milyon manat çoxdur.
Bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 139 milyon manat və ya 1,6 faiz çoxdur.
"Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1 faiz artıb.
2026-cı ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat olub, proqnozdan əlavə 189,9 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 244,9 milyon manatdan çox olub", - deyə məlumatda bildirilib.
