ADY Bakı–Tbilisi–Bakı qatarı üzrə 5 500-ə yaxın bileti satışa çıxarıb

İqtisadiyyat Materials 7 İyul 2026 15:35 (UTC +04:00)
ADY Bakı–Tbilisi–Bakı qatarı üzrə 5 500-ə yaxın bileti satışa çıxarıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarla 10 iyuldan 6 avqusta qədər ümumilikdə 5 500-ə yaxın bilet satışa təqdim olunub.

Trend-in tədbirdəki əməkdaşı xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Bakı–Tbilisi–Bakı qatarında yeniliklərlə bağlı keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərnişinlər biletləri həm onlayn, həm də kassalardan əldə edə bilərlər.

“10 iyul 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Hazırda qatarlarda olan 178 yer 282-yə çatdırılacaq. Əlavə üç vaqonda ümumilikdə 104 yer olacaq. Bununla da bir qatarın sərnişin tutumu təxminən 60 faiz artırılır”, - deyə o bildirib.

A.Fərəcov qeyd edib ki, əlavə yerlər üzrə biletlər artıq satışa çıxarılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti