Avropanın müdafiə təşəbbüsləri NATO-nun bütövlüyünü zəiflətməməlidir – Ərdoğan

Dünya xəbərləri Materials 8 İyul 2026 15:00 (UTC +04:00)
Avropanın müdafiə təşəbbüsləri NATO-nun bütövlüyünü zəiflətməməlidir – Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

NATO müttəfiqlərinin Avropa qitəsində həyata keçirdiyi müdafiə təşəbbüsləri alyansın ümumi bütövlüyünün zəifləməsinə səbəb olmamalıdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin işçi sessiyasının açılışında bildirib.

"Avropalı müttəfiqlər qitənin müdafiəsinə görə daha böyük məsuliyyət götürdükləri bir vaxtda alyansın bütövlüyünü və transatlantik münasibətləri zəiflədə biləcək addımlardan çəkinməliyik. Mən Avropa İttifaqına üzv olan müttəfiqlərimizə müraciət etmək istəyirəm. Aİ-nin müdafiə sahəsindəki səylərindən maksimum fayda yalnız onun NATO ilə lazımsız təkrarlanmaların qarşısı alındığı halda əldə oluna bilər", - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, bu sahədə "ağıllı və məntiqli əməkdaşlıq modeli" mümkündür.

"Lakin Avropa İttifaqına üzv olmayan müttəfiqlərin Avropanın müdafiə təşəbbüslərindən kənarda saxlanılması onsuz da məhdud olan resursların israfına və arzulamadığımız şəkildə Avropada parçalanmaya gətirib çıxaracaq. Həmçinin aydındır ki, bu, transatlantik müdafiə sənayesi infrastrukturuna da fayda verməyəcək. NATO müttəfiqləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa qoyulan bütün məhdudiyyətlərin tamamilə aradan qaldırılması vacibdir", - deyə Türkiyə lideri əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti