Bakı.Trend:
Qazaxıstanın yeni Konstitusiyası ölkə Prezidenti Kasım-Jomart Tokayevə yenidən prezident seçkilərində namizəd olmaq hüququ verir.
Bu barədə respublikanın Konstitusiya Məhkəməsinin qərarında bildirilir. Sənəd dövlət qurumlarının vahid platformasında dərc olunub.
Məhkəmə qeyd edib ki, yeni Konstitusiyada nəzərdə tutulan məhdudiyyətlər yalnız onun qüvvəyə mindiyi tarixdən sonra baş vermiş seçilmə və ya təyinat hallarına şamil edilir. Beləliklə, 1995-ci il Konstitusiyasının qüvvədə olduğu dövrdə vəzifədə qalma müddəti, eləcə də həmin dövrdə seçilmə və ya təyinat faktları nəzərə alınmır.
Xatırladaq ki, Qazaxıstanda yeni Konstitusiya iyulun 1-də qüvvəyə minib. Sənəd mart ayında keçirilmiş referendumda qəbul edilib. Konstitusiyanın yeni redaksiyasına əsasən, prezident yeddi il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə yalnız bir dəfə seçilə bilər.
