Bakı.Trend:
Qırğızıstanın əsas hava limanı iyulun 7-si axşam saatlarına dək fəaliyyətini dayandırıb. Buna səbəb uçuş-enmə zolağında baş vermiş və reyslərin eniş-qalxış cədvəlini pozan insident olub.
Bu barədə TASS agentliyinə "Qırğızıstan Hava Limanları" şirkətinin nümayəndəsi məlumat verib.
Dispetçerlərin sözlərinə görə, həmin insident səbəbindən eyni vaxtda üç sərnişin təyyarəsi Bişkek hava limanına eniş edə bilməyib. Həmin təyyarələrdən ikisi Rusiyadan gələn reysləri yerinə yetirirdi. Hazırda onların ekipajları növbəti göstərişləri gözləyir və ya ehtiyat hava limanlarına yönləndirilir.
