Zelenski və Putin saziş bağlamaq istəyirlər - Tramp

Dünya xəbərləri Materials 7 İyul 2026 17:56 (UTC +04:00)
Zelenski və Putin saziş bağlamaq istəyirlər - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

NATO Dövlət və Hökümət başçılarının 36-cı zirvə toplantısında iştirak etmək üçün Ankarada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin saziş bağlamaq niyyətində olduqlarını dilə gətirib.

Bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.

"Düşünürəm ki, onların hər ikisi saziş bağlamaq istəyirlər. Təəssüf ki, bu, çox vaxt apardı. Amma hesab edirəm ki, nəticə əldə olunacaq", – deyə Tramp Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Ağ Ev rəhbərinin sabah Ukrayna lideri Volodimir Zelenski ilə görüşü gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti