Bakı.Trend:
NATO Dövlət və Hökümət başçılarının 36-cı zirvə toplantısında iştirak etmək üçün Ankarada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi görüşdə aralarında möhkəm dostluq bağlarının olduğunu bildirib.
Türkiyə mediasında yayılan məlumata görə, Ağ Ev rəhbəri bildirib ki, Ərdoğan inanılmaz işlər görür və Türkiyə məhz onun başçılığı altında hərbi baxımdan çox qüdrətli dövlətə çevrilib.
Tramp əlavə edib ki, çoxları Türkiyənin real gücünü təsəvvür belə edə bilmir. “Türkiyənin əla əsgərləri var”, - deyə Tramp vurğulayıb.
