Rutte NATO-nu futbol komandasıyla müqayisə edib

Dünya xəbərləri Materials 7 İyul 2026 16:53 (UTC +04:00)
Rutte NATO-nu futbol komandasıyla müqayisə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ankarada keçirilən NATO sammiti çərçivəsində çıxışı zamanı aylansın baş katibi Mark Rutte NATO-nu futbol komandası ilə müqayisə edib.

Onun sözlərinə görə, qələbə hər bir idmançının bir-birilə uzlaşdırılmış fəaliyyəti sayəsində mümkün olur.

“İcazə verin, kiçik bir futbol bənzətməsi ilə başlayım: heç bir komanda təkcə bir parlaq oyunçunun hesabına qalib gəlmir. Sizə qapıçı, müdafiəçilər, yarımmüdafiəçilər və hücumçular lazımdır. Bəli, hamının diqqəti qələbə qolunu vuran futbolçuya yönəlir”, – deyə o bildirib.

Baş katib vurğulayıb ki, istənilən komandanın uğuru təkcə meydanda olan oyunçuların deyil, həm də ehtiyat oyunçular skamyasında əyləşən futbolçuların əməyindən asılıdır.

Ruttenin sözlərinə görə, bu prinsip NATO-ya da tam şəkildə aiddir və burada hər bir müttəfiqin töhfəsi böyük əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti