Güclü leysan yağışları Tbilisi hava limanını iflic edib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 İyul 2026 01:22 (UTC +04:00)
Güclü leysan yağışları Tbilisi hava limanını iflic edib (YENİLƏNİB)

Bakı. Trend:

Güclü yağışa baxmayaraq, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı fəaliyyətini adi rejimdə davam etdirir.

Bu barədə Tbilisi Hava Limanının operatoru "TAV Georgia"dan məlumat verilib.

Sərnişinlərin və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə, hava limanına gələn sərnişinlər müvəqqəti olaraq hava limanının binasını daxili uçuşlar üçün nəzərdə tutulmuş çıxış vasitəsilə tərk edirlər.

Əlverişsiz hava şəraiti səbəbindən yalnız üç reys Kutaisi, Almatı və Bakı hava limanlarına yönləndirilib.

Hava limanının elektrik enerjisi ilə təminatı adi rejimdə həyata keçirilir, hava limanının işi fasiləsiz davam etdirilir.

Sərnişinlərdən uçuşları barədə yenilənmiş məlumatları müvafiq aviaşirkətdən və ya hava limanının rəsmi informasiya kanalları vasitəsilə dəqiqləşdirmələri xahiş olunur.

XXX

23:27

İyulun 7-də Gürcüstanın bir sıra bölgələrində yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.

Paytaxt Tbilisidə, o cümlədən Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət yaranıb.

Hava limanında elektrik enerjisinin verilməsi dayanıb. Sərnişinlər gözləmə zalından təxliyə ediliblər.

Hazırda hava limanının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti