Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib (FOTO)

Hadisə Materials 7 İyul 2026 20:36 (UTC +04:00)
Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, "Şamaxinka" tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən həm “Xırdalan" dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti