İran ordusu atəşkəsin pozulmasında qarşı tərəfin məsuliyyət daşıdığını bildirib

Dünya xəbərləri Materials 8 İyul 2026 09:53 (UTC +04:00)
İran ordusu atəşkəsin pozulmasında qarşı tərəfin məsuliyyət daşıdığını bildirib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ordusu atəşkəsin pozulmasında qarşı tərəfin, ABŞ-nin məsuliyyət daşıdığını bildirir.

Bu barədə İran ordusunun yaydığı bəyanatda qeyd olunub.

“İran və ABŞ arasında atəşkəsin dəfələrlə və açıq-aşkar şəkildə pozulmasında ABŞ məsuliyyət daşıyır. ABŞ-nin regiondakı bütün bazaları İran ordusunun pilotsuz uçuş aparatlarının qanuni hədəfi olacaq”, - deyə bəyanatda bildirilir.

İran ordusu qeyd edir ki, ABŞ-nin İranın cənubunda hərbi və qeyri-hərbi bölgələrə hücumu və İslamabad anlaşma memorandumunun 14 maddəlik müddəalarının pozulması nəticəsində İran ordusu bu gün PUA-larla ABŞ-nin Bəhreyndə Şeyx İsa hərbi bazasındakı mərkəzlərinə hücumlar edib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, komandanlığın qüvvələri iyulun 7-də İrana qarşı növbəti hücum əməliyyatını başa çatdırıb və İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə son hücumlarına dərhal cavab olaraq yüksək dəqiqlikli sursatlarla 80-dən çox hədəfi vurub.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti