Alvaro Arbeloa "Fulhem"in baş məşqçisi təyin edilib

İdman Materials 8 İyul 2026 04:55 (UTC +04:00)
Alvaro Arbeloa "Fulhem"in baş məşqçisi təyin edilib

Bakı. Trend:

İngiltərənin "Fulhem" klubu ispan mütəxəssis Alvaro Arbeloanın baş məşqçi vəzifəsinə təyin olunduğunu elan edib.

Bu barədə məlumat London təmsilçisinin rəsmi saytında verilib.

43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər qüvvədə olacaq üç illik müqavilə imzalanıb.

"Kuboklarla zəngin futbolçu karyerasından sonra Arbeloanın məşqçilik yolu dünyanın ən böyük klubunda başlayıb. O, "Real Madrid"in gənclər komandalarında çalışıb, ötən mövsüm isə əsas komandaya rəhbərlik edib”, – deyə "Fulhem"in açıqlamasında bildirilib.

"Londonun ən qədim klubu olan "Fulhem"də yeni mərhələyə başlamaq mənim üçün böyük şərəfdir. "Fulhem" azarkeşləri ilə birlikdə "Kreyven Kottec"dəki atmosferi yaşamağı və növbəti həftə oyunçularla mövsümöncəsi hazırlığa başlamağı səbirsizliklə gözləyirəm. Əminəm ki, bizi birlikdə inanılmaz bir səyahət gözləyir. İrəli, "Fulhem"!", - deyə Arbeloa təyinatını şərh edib.

"Fulhem" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub. Komanda 38 oyunda 54 xal toplayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti