NATO sammitinin yekunlarına dair Ankara bəyannaməsi qəbul edilib

Dünya xəbərləri Materials 8 İyul 2026 17:20 (UTC +04:00)
NATO sammitinin yekunlarına dair Ankara bəyannaməsi qəbul edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin ev sahibliyi etdiyi NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısı öz işini yekunlaşdırıb. Sammitin sonunda toplantının yekunlarına dair “Ankara bəyannaməsi” qəbul edilib.

Bəyannaməyə əsasən, NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayırmağı öhdələrinə götürüblər.

Həmçinin blok ölkələri sammit çərçivəsində ümumi dəyəri 50 milyard ABŞ dolları olan yeni hərbi müqavilələr imzalayıblar.

Yekun bəyannamədə alyans ölkələrinin liderləri Rusiyanın Avroatlantik birliyi üçün uzunmüddətli təhdid yaratdığını bir daha bəyan ediblər.

Qeyd edək ki, NATO-nun yekun bəyannaməsində Ukraynanın alyansa qəbul edilməsi ilə bağlı öhdəlik yer almayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti