SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki mövqelərini atəşə tutub

Dünya xəbərləri Materials 8 İyul 2026 09:44 (UTC +04:00)
SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki mövqelərini atəşə tutub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi mövqelərini atəşə tutub.

Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yaydığı bəyanatda bildirib.

“Ötən gecə ABŞ ordusu İranın cənubunda Hörmüzqan vilayəti sahillərində qeyri-hərbi stansiyaları və sahil bazalarının bir neçəsinə hücum edərək atəşkəsi və İslamabad anlaşma memorandumunu açıq-aşkar şəkildə pozub”, -deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, SEPAH bu hücuma reaksiya olaraq PUA və raketlərlə Bəhreyn və Küveytdə ABŞ-nin 85 önəmli hərbi obyektini atəşə tutub. Eyni zamanda hücum etməyə cəhd edən ABŞ-nin MQ9 PUA-sı vurulub.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti