Çində torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub

Dünya xəbərləri Materials 8 İyul 2026 07:50 (UTC +04:00)
Çində torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub

Bakı. Trend:

Çinin şimal-qərbindəki Qansu əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə əyalətin fövqəladə halların idarə edilməsi bürosu açıqlama yayıb.

İyulun 7-də səhər saatlarında Lonnan şəhərinin Rençan kəndində baş verən sürüşmə nəticəsində bir neçə ev dağılıb və ya torpaq axını altında qalıb. Dağılmış evlərdən 12 nəfər xilas edilib.

Ərazidə axtarış-xilasetmə işləri yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti