Çempionlar Liqasının debütantı "Sabah"dan qələbə

İdman Materials 7 İyul 2026 22:06 (UTC +04:00)
Çempionlar Liqasının debütantı "Sabah"dan qələbə

Bakı. Trend:

Masazırda “Bank Respublika Arena”da UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu keçirilib.

Azərbaycan çempionu “Sabah” Uels çempionu “TNS”i qonaq edib. Qarşılaşmada təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib. İlk qola 66-cı dəqiqədə Timoteuş Puxaçın ötürməsindən sonra Velko Simiç imza atıb. Görüşün 84-cü dəqiqəsində “Sabah”ın yamaykalı legioneri Kahim Parris yekun hesabı müəyyənləşdirib.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 14-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Xatırladaq ki, litvalı baş məşqçi Valdas Dambrauskasın çalışdırdığı kollektiv ötən mövsüm tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının qalibi olub.

Xəbər lenti

Xəbər lenti