İranın Buşehr vilayətində iki hərbi obyekt vurulub

Dünya xəbərləri Materials 8 İyul 2026 11:41 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranın cənubunda yerləşən Buşehr vilayətində ABŞ hərbi hücumu nəticəsində iki hərbi obyekt vurulub.

Bunu İranın Buşehr vilayəti valisinin müavini Ehsan Cahanian deyib.

“İranın Buşehr vilayətinin Çoğadək şəhəri ətrafında bir hərbi mərkəz vurulub. Gecə saatlarında da Dəşti rayonunda bir hərbi mərkəz ABŞ hücumu nəticəsində vurulub”, - deyə o bildirib.

Valilik rəsmisi qeyd edib ki, indiyə qədər qeyd olunan hücumlar nəticəsində ölənlər haqda məlumat qeydə alınmayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verdiyi açıqlamada qeyd edib ki, komandanlığın qüvvələri iyulun 7-də İrana qarşı növbəti hücum əməliyyatını başa çatdırıb və İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə son hücumlarına dərhal cavab olaraq yüksək dəqiqlikli sursatlarla 80-dən çox hədəfi vurub.

İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti