Bakı. Trend:
Küveytdə ölkənin hava məkanını pozan raket və PUA-ların zərərsizləşdirilməsindən sonra onların qalıqlarının yerə düşməsi nəticəsində yüksək-gərginlikli elektrik xətləri zədələnib.
Bu barədə Küveytin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qurumun "X" sosial şəbəkəsində dərc etdiyi məlumata görə, aidiyyəti xidmətlərin əməkdaşları artıq dəyən ziyanın qiymətləndirilməsi və zəruri təmir işlərinin aparılması ilə məşğuldurlar.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 ABŞ hərbi obyektinə zərbələr endirdiyini açıqlamışdı.
Daha sonra Küveyt Müdafiə Nazirliyi ölkənin hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən 2 raket və 13 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib.
