Avropa Komissiyası dörd Aİ ölkəsinə qarşı məhkəmə iddiası qaldırıb

Dünya xəbərləri Materials 9 İyul 2026 06:17 (UTC +04:00)
Avropa Komissiyası dörd Aİ ölkəsinə qarşı məhkəmə iddiası qaldırıb

Bakı. Trend:

Avropa Komissiyası Fransa, İspaniya, İrlandiya və Niderlanda qarşı Avropa Ədalət Məhkəməsində iddia qaldırıb.

Bu barədə Avropa Komissiyasından bildirilib.

Buna səbəb, bu ölkələrin “Brüssel NIS2” kibertəhlükəsizlik direktivinin - Avropadakı kritik infrastruktur və şirkətlərin kiberhücumlara qarşı müdafiəsini gücləndirmək üçün vahid rəqəmsal təhlükəsizlik qanununun müddəalarını milli qanunvericiliklərinə tətbiq etməmək qərarıdır. Qeyd olunur ki, Aİ üzv dövlətlərindən direktivin müddəalarını 2024-cü ildən etibarən qanunvericiliklərinə tətbiq etmələri tələb olunurdu.

Əksər ölkələr bu tələbə əməl etsə də, Aİ-nin dörd üzv dövləti prosedurun tam başa çatması barədə Avropa Komissiyasına məlumat verməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti