Bakı. Trend:
Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət iyulun 10-u saat 22:00-dan iyulun 11-i saat 07:00-dək, həmçinin iyulun 11-i saat 22:00-dan iyulun 12-si saat 07:00-dək qüvvədə olacaq.
Sürücülərə yaranacaq müvəqqəti narahatlığı nəzərə alaraq anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
