Bakı. Trend:
ABŞ ordusu İrana qarşı daha bir seriya zərbəsi endirib və 90 hədəfə hücum edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib", - deyə bildirilib.
Komandanlıq hücuma məruz qalan hədəflər arasında hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə sistemlərini, raket və dron saxlama yerlərini və hərbi logistika infrastruktur obyektlərini göstərib.
