Bakı.Trend:
Fransa Prezidenti Emmanuel Makronun NATO sammitində gün eynəyi ilə görünməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbəssümünə səbəb olub.
Foto çəkilişi mərasimindən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Mark Rutte sammit iştirakçılarını şəxsən qarşılayıblar.
Fransa Prezidenti Emmanuel Makron NATO liderlərinin Ankarada keçirilən birgə foto çəkilişi mərasiminə gün eynəyi ilə qatılıb. Bu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbəssümünə səbəb olub. Ərdoğan Fransa Prezidenti ilə əl sıxarkən təbəssümünü gizlətməyib.
Qeyd olunur ki, Makronun gün eynəyi ilə ictimai tədbirdə diqqət çəkməsi ilk hal deyil. Yanvar ayında Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda da onun gün eynəyi taxaraq tədbirə qatılması sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə və istehza ilə qarşılanmışdı.
Bundan əlavə, bir gün əvvəl Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan rəsmi salamlaşma zamanı Emmanuel Makronun onun əlini öpməsinə imkan verməmişdi.
