Konfrans Liqası: "Zirə" Gürcüstan klubunu darmadağın edib

İdman Materials 8 İyul 2026 21:58 (UTC +04:00)
Konfrans Liqası: "Zirə" Gürcüstan klubunu darmadağın edib

Bakı. Trend:

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun keçirilib.

Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.

Xəbər lenti

Xəbər lenti